Rusiya XİN: Makronun Ukrayna üçün koalisiya təklifi Yelisey Sarayının növbəti sabun köpüyüdür

Rusiya XİN: Makronun Ukrayna üçün koalisiya təklifi Yelisey Sarayının növbəti sabun köpüyüdür

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi üçün koalisiya yaratmaq təklifi Yelisey sarayı üçün növbəti sabun köpüyüdür.

“Report” xəbər verir ki, bunu “NEWS.ru”nun sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova Rusiyanın NATO ölkələrinə qarşı alyans yaradacağı ilə bağlı ehtimalı istisna edib.

"Biz belə işlərlə məşğul olmuruq", - o bildirib.