Sumqayıtda ağır yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda ağır yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.

"Toyota Prius" və "Ford Fusion" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə zamanı yol infrastrukturuna ciddi ziyan dəyib. Həmçinin qəzadan sonra yolda uzun tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır .