Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə baş tutmayıb

Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə baş tutmayıb

"Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb".

"Birxeber.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

“Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar.

Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdır”.

O qeyd edib ki, onların getdikləri ikinci obyektin giriş qapısında da böyük bir kütlə toplaşmışdır: “Biz baxanda gördük ki, eyni şəxslər həmin obyektlərdən başqa, bizim hərəkət etdiyimiz istiqamətdə də yolu kəsmişdilər. Rusiya sülhməramlı qüvvələrin nümayəndələri, rəhbərlik, komandanlıq onlarla danışıq aparmalarına baxmayaraq, nəticə əldə edilmədi. Hesab edirik ki, bu, iki tərəflin təşkil etdiyi təxribatdır”.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 3 avtomobili maneəsiz keçib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda sülhməramlıların 3 avtomobili maneəsiz keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiyanın 61-ci günü: “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”

Xankəndi-Laçın yolunda aksiyanın 61-ci günü: “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”

QARABAĞ QARABAĞ
Məhsəti Hüseynova: “Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına silahla maneə yaradırlar”

Məhsəti Hüseynova: “Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına silahla maneə yaradırlar”

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib  - VİDEO - YENİLƏNİB-8

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-8

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Sülhməramlıların daha iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib

Sülhməramlıların daha iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib

QARABAĞ QARABAĞ
ANAMA-nın əməkdaşı: "Aşkarlanan kütləvi məzarlıqlar atamın meyitini tapacağımızla bağlı ümidlərimi artırır"

ANAMA-nın əməkdaşı: "Aşkarlanan kütləvi məzarlıqlar atamın meyitini tapacağımızla bağlı ümidlərimi artırır"

QARABAĞ QARABAĞ
Qarabağa qayıdacaq vətəndaşlar bu işlərdə çalışacaq - VİDEO

Qarabağa qayıdacaq vətəndaşlar bu işlərdə çalışacaq - VİDEO

QARABAĞ QARABAĞ
BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib - YENİLƏNİB

BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda aksiya keçirilən əraziyə əlavə canlı qüvvə cəlb edib

Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda aksiya keçirilən əraziyə əlavə canlı qüvvə cəlb edib

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolundan sülhməramlıların 34 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-6

Bu gün Xankəndi-Laçın yolundan sülhməramlıların 34 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-6

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 13 avtomobili maneəsiz keçib - YENİLƏNİB-3

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 13 avtomobili maneəsiz keçib - YENİLƏNİB-3