PSJ "Liverpul"un futbolçusunu transfer etmək istəyir

PSJ "Liverpul"un futbolçusunu transfer etmək istəyir

İngiltərənin "Liverpul" klubunun futbolçusu Luis Dias karyerasını Fransada davam etdirə bilər

"Birxeber.Az" GFFN nəşrinə istinadən xəbər verir ki, PSJ 27 yaşlı vingerlə maraqlanır.

İspaniya "Barselona"sı da kolumbiyalı oyunçunu heyətinə qatmaq niyyətindədir. Mersisayd təmsilçisi bu transfer üçün azı 120-140 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Luis Dias cari mövsüm 38 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.