Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi auditor seçir

Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyindəki Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Birxeber.Az” xəbər verir ki, sorğuda iştirak haqqı 18,24 manatdır.

İddiaçılar təkliflərini aprelin 5-nə qədər Dövlət Müfəttişliyinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 5-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.