Azərbaycan və Çexiya arasında ikili bakalavr, magistr proqramları hazırlanacaq

Azərbaycan və Çexiya arasında ikili bakalavr, magistr proqramları hazırlanacaq

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Çexiyanın Karlov Universiteti arasında ikili bakalavr və magistr proqramları hazırlanacaq.

"Report" xəbər verir ki, bununla bağlı məsələ ASAPES-in rektoru Fuad Hacıyevin Çexiyaya səfəri çərçivəsində Karlov Universitetinin rektoru Milena Kraliçkova ilə görüşündə müzakirə edilib.

Görüşdə Karlov Universiteti, xüsusilə də Bədən Tərbiyəsi və İdman fakültəsi ilə davam edən əməkdaşlıq, atılan addımlar və gələcək planlar müzakirə edilib.

Əsas hədəfin fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulanıb və bu istiqamətdə işlər aparılması üçün Karlov Universitetinin professorlarının Akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edilib.