Dövlət başçısı: Azərbaycan "yaşıl keçid" istiqamətində çox vacib layihələri icra edir

Dövlət başçısı: Azərbaycan "yaşıl keçid" istiqamətində çox vacib layihələri icra edir

Azərbaycan qazıntı yanacağı ixrac edən ölkə olması ilə bərabər, "yaşıl keçid" istiqamətində də çox vacib layihələri icra edir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edən zaman bildirib.

Dövlət başçısı Xəzər və Qara dənizi birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsindən də danışıb.