Britaniya Polşada “Sky Saber” müdafiə sisteminin yerləşdirilməsi müddətini uzadıb

Britaniya Polşada “Sky Saber” müdafiə sisteminin yerləşdirilməsi müddətini uzadıb

Böyük Britaniya ortamənzilli “Sky Saber” hava hücumundan müdafiə sisteminin Polşada yerləşdirilməsi müddətini 2024-cü ilin sonuna qədər uzadıb.

“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış britaniyalı həmkarı Qrant Şapps ilə görüşündən sonra jurnalistlərə bildirib.

“Sky Saber” hava hücumundan müdafiə sistemi Polşada bu ilin sonuna qədər qalacaq”, - o qeyd edib.