Bu ilin I rübündә biznes kreditlәrinə tәlәbin artım tempinin azalacağı proqnozlaşdırılır

Bu ilin I rübündә biznes kreditlәrinə tәlәbin artım tempinin azalacağı proqnozlaşdırılır

2023-cü ilin IV rübündә banklar tәrәfindәn verilәn biznes kreditlәri üzrә standartlarda yumşalmanın sәngimәsi müşahidә olunub. Yumşalmada azalma әsasәn mikro sahibkarlıq subyektlәri üzrә kreditlәrdә müşahidә edilmişdir. İri sahibkarlıq subyektlәrinә verilәn kreditlәrin standartlarında isә dәyişiklik müşahidә edilmәmişdir. Sorğuya әsasәn banklar növbәti rübdә ümumi biznes kreditlәr üzrә standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlәrinә kreditlәr üzrә standartların isә daha da sәrtlәşәcәyini proqnoz edirlәr.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə” hesabatda bildirilib.

Sorğu nәticәlәrinә әsasәn bank sektorunda biznes kreditlәrinә tәlәb artmışdır. MKOS subyektlәri üzrә tәlәb artımı iri sahibkarlıq subyektlәri ilә müqayisәdә yüksәk olmuşdur. Banklar 2024-cü ilin I rübündә tәlәbdә artım tempinin azalacağını gözlәyirlәr. İri sahibkarlıq subyektlәrinә verilәn biznes kreditlәri üzrә isә tәlәbin dәyişmәyәcәyi , KOS subyektlәri üzrә kredit tәlәbinin daha aşağı tempdә artacağı gözlәnilir.