Cari il istehlak kreditlәrinә tәlәbin artacağı proqnozlaşdırılır

Cari il istehlak kreditlәrinә tәlәbin artacağı proqnozlaşdırılır

2023-cü ilin son rübündә cәmi istehlak kreditlәri üzrә kredit standartlarında yumşalma olub. Yumşalma әmәkhaqqı kreditlәri üzrә standartlarda müşahidә edilmişdir. Kredit kartları vә mәişәt avadanlıqlarının alınması üzrә kredit standartlarında isә dәyişiklik müşahidә edilmәyib. Banklar 2024-cü ilin ilk rübündә cәmi istehlak kreditlәri üzrә standartlarda yumşalmanın davam edәcәyini proqnoz edirlәr.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə” hesabatda bildirilib.

Sorğuya әsasәn әhalinin istehlak kreditlәrinә artmaqda davam edim. Mәişәt avadanlıqlarının alınması üzrә kreditlәrә tәlәbdә artım tempi aşağı olsa da, kredit kartlarına vә әmәkhaqqı kreditlәrinә tәlәbin artım tempi yüksәkdir. Banklar 2024-cü ilin ilk rübündә әhalinin istehlak kreditlәrinә tәlәbinin artacağı qәnaәtindәdirlәr.Tәlәbin bütün komponentlәr üzrә artacağı proqnozlaşdırılır.