Rosen Plevneliev: COP29 üçün əməkdaşlığımızı davam etdirəcəyik

Rosen Plevneliev: COP29 üçün əməkdaşlığımızı davam etdirəcəyik

“Bu forum qlobal nəticələr meydana çıxarır”.

APA xəbər verir ki, bunu Bakıda keçiriləcək "Parçalanmış Dünyanın Bərpası" mövzusunda XI Qlobal Bakı Forumundan əvvəl keçirilən brifinqdə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev deyib.

O, forumun təşkilinə görə Azərbaycana təşəkkür edib.

“Ötən il Azərbaycan üçün sülh ili, qələbə və həmrəylik ili olub, ədalət bərpa olunub. 2024-cü ildə də önəmli nəticələr olacağına ümid edirəm, biz əlimizdən gələni ən yaxşısını edirik.

Biz dayanıqlı sülhün əldə olunması üçün, uğurlu COP29 üçün əməkdaşlığımızı davam etdirəcəyik, çünki biz ambisiyalıyıq”, - sabiq Prezident vurğulayıb.