Ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişib

Ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişib

Ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydasına dəyişiklik edilib.

"Birxeber.Az"un xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərarla ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydası belə olacaq: YM (34.8%+16.7%+7.7%)+R+RM

Əvvəl isə ailənin orta aylıq gəlirinin hesablanması qaydası belə idi: YM (32.6%+15.6%+7.2%)+R+RM

Burada:

YM – yaşayış minimumunun ölkə üzrə məbləği;

R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;

RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;