Qarabağ və Şərqi Zəngəzurda işləyən şəxslərə mina təlimləri keçirilib

Qarabağ və Şərqi Zəngəzurda işləyən şəxslərə mina təlimləri keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən qurum nümayəndələrinə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirib.

Report xəbər verir ki, ANAMA Aqrar Sığorta Fondunun və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin əməkdaşlarını, eləcə də heyvandarlıq və bitkiçilik sahəsi üzrə müstəqil aqrar sığorta ekspertlərini maarifləndirib.

Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə kənd təsərrüfatı fəaliyyəti ilə bağlı səfər edəcək aqrar sığorta ekspertlərinə əsas təhlükəsizlik qaydaları barədə məlumat verilib, maarifləndirici video təlimatlar nümayiş olunub, xəbərdaredici qaydalar əks olunan broşürlar paylanılıb.