Vike Freyberqa: Son bir neçə ildə Azərbaycanda mühüm dəyişikliklər baş verib

Vike Freyberqa: Son bir neçə ildə Azərbaycanda mühüm dəyişikliklər baş verib

Son bir neçə ildə Azərbaycanda mühüm dəyişikliklər baş verib.

“Birxeber.Az” xəbər verir ki, bunu Latviyanın Sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa martın 14-dən 16-dək Bakıda keçiriləcək XI Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

“Sabah XI Qlobal Bakı Forumunun açılışı olacaq. Forumun əsas mövzusu “Dağılmış dünyanın qaydaya salınması” olacaq. Yaşadığımız dünya bir çox cəhətdən parçalanıb. Eyni zamanda, Azərbaycanda son bir neçə ildə, məhz bizim dünyanın inkişafını istədiyimiz istiqamətdə, yəni dondurulmuş münaqişələrin həlli və sülhün bərqərar olması istiqamətində mühüm dəyişikliklər baş verib”, - Vayra-Vike Freyberqa vurğulayıb.

O, Bakı və İrəvanın sülh müqaviləsi üzrə danışıqlar prosesində olduğunu xatırladıb.

Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Qlobal Bakı Forumunda 67 ölkədən 400-dən çox qonaq iştirak edəcək.