Lənkəranda şəhidlərin məzarı ziyarət edilib - FOTO

Lənkəranda şəhidlərin məzarı ziyarət edilib - FOTO

Lənkəran şəhidləri anılıb.

Birxeber.Az-nın cənub bürosunun verdiyi xəbərə görə, Azərbaycan xalqının qan yaddaşı, milli azadlıq hərəkatının silinməz səhifəsi olan 20 Yanvar faciəsinin 34-ci ildönümü Lənkəran şəhərində də qürurla anılıb.

Lənkəranlılar səhər saatlarından başlayaraq, şəhidlərin xatirə kompleksini ziyarət ediblər, Şəhidlər xiyabanına gələrək faciə qurbanlarını anıblar. Anım günündə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyətin nümayəndələri şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksin önünə əklil və qərənfillər düzüblər. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, Qanlı Yanvar hadisələri zamanı 11 Lənkəran sakini şəhid olub. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, 6-sı yanvarın 26-da Lənkəranın Haftonu meşələrində, daha 1 nəfər isə vertolyotda aparılarkən məftillə boğularaq öldürülüb.