İsmail Serageldin: Bakı forumu bizə ən aktual qlobal problemləri müzakirə etməyə imkan verəcək

İsmail Serageldin: Bakı forumu bizə ən aktual qlobal problemləri müzakirə etməyə imkan verəcək

Martın 14-dən 16-dək keçiriləcək XI Qlobal Bakı Forumu onun iştirakçılarına pandemiya və iqlim dəyişikliyindən sonra sağlamlıq problemləri daxil olmaqla ən aktual problemləri müzakirə etməyə imkan verəcək.

“Birxeber.Az” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XI Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

“Biz həmçinin hazırda bir çox problemlərin həllinə kömək edə biləcək yeni texnologiyaların, o cümlədən süni intellektin perspektivləri haqqında düşünürük”, - o deyib.

İ.Serageldin xatırladıb ki, daha bir irimiqyaslı tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Bakıda keçiriləcək: “Biz noyabrda yenidən görüşəcəyik. Bu tədbirdə çox sayda nüfuzlu şəxslər iştirak edəcək. Biz COP29-da müzakirələri səbirsizliklə gözləyirik”.