Bakıda dayısının evinə basqın edən şəxs dəstə üzvləri ilə birgə saxlanılıb

Bakıda dayısının evinə basqın edən şəxs dəstə üzvləri ilə birgə saxlanılıb

Xətai rayonunda dayısının evinə basqın edərək quldurluq cinayəti törədən şəxs və dəstənin daha 3 üzvü saxlanılıb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində evlərdən birinə basqın edərək quldurluq əməli törədən dəstə üzvləri - Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov saxlanılıblar.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ramazan Kərimov dayısının evində külli miqdarda pul olması barədə digər qohumu Əli Vəliyevə məlumat verib və həmin maddi vəsaitin ələ keçirilməsini təklif edib. Sonuncu isə tanışları Orxan Musəvi və İlqar Xəlilovla həmin mənzilə basqın etmək barədə razılığa gəlib.

Ramazan Kərimov dəstə üzvlərinə dayısının və ailənin digər üzvlərinin səhər saatlarında evdən çıxdıqları, mənzildə isə ailənin böyük oğlunun tək qaldığı barədə məlmat verib. Noyabr ayının 21-də dəstə üzvləri həmin mənzilə özlərini poçt əməkdaşı kimi təqdim edərək daxil olublar.

Onlar ev sahibinin oğlunun sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub və əllərində olan bıçaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə mənzilə basqın ediblər. Dəstə üzvləri daha sonra evdə olan 50 min dollar, 1900 manat və ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını ələ keçiriblər.

Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

DİN-dən qeyd edilib ki, Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdrəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

HADİSƏ HADİSƏ
İmişlidə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

İmişlidə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

HADİSƏ HADİSƏ
Lənkəranda iki həftədir axtarılan kişi ölü tapılıb

Lənkəranda iki həftədir axtarılan kişi ölü tapılıb

HADİSƏ HADİSƏ
Siyəzəndə ağır yol qəzası olub, 3 nəfər ölüb, 2-si yaralanıb

Siyəzəndə ağır yol qəzası olub, 3 nəfər ölüb, 2-si yaralanıb

HADİSƏ HADİSƏ
Cəlilabadda pay torpağı üstündə dava olub, xəsarət alanlar var

Cəlilabadda pay torpağı üstündə dava olub, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Bu ilin 10 ayında Bakıda 110 piyadanı avtomobil vuraraq öldürüb

Bu ilin 10 ayında Bakıda 110 piyadanı avtomobil vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Bakı Sağlamlıq Mərkəzində yanğın başlayıb

Bakı Sağlamlıq Mərkəzində yanğın başlayıb

HADİSƏ HADİSƏ
Xətai rayonunda 84 yaşlı qoca kişini avtomobil vuraraq ağır xəsarət yetirib

Xətai rayonunda 84 yaşlı qoca kişini avtomobil vuraraq ağır xəsarət yetirib

HADİSƏ HADİSƏ
Xəzər rayonunda 37 yaşlı kişi avtomobil qəzasında yaralanıb

Xəzər rayonunda 37 yaşlı kişi avtomobil qəzasında yaralanıb

HADİSƏ HADİSƏ
"Tərtər işi" üzrə təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarılıb

"Tərtər işi" üzrə təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarılıb

HADİSƏ HADİSƏ
Bakıda 60 yaşlı qadını motosiklet vurub

Bakıda 60 yaşlı qadını motosiklet vurub

HADİSƏ HADİSƏ
Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb

Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb

HADİSƏ HADİSƏ
Goranboyda evdən pul oğurlanıb, saxlanılan var

Goranboyda evdən pul oğurlanıb, saxlanılan var