Tehranda xəstəxanada güclü yanğın olub

Tehranda xəstəxanada güclü yanğın olub

İranın paytaxtı Tehranda xəstəxanalardan birində yanğın baş verib və binanın bir neçə mərtəbəsini bürüyüb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidməti və paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Məleki bildirib.

Hadisənin səbəbləri və ölənlər barədə məlumat verilmir.