ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycana səfər edəcək

ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycana səfər edəcək

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycana səfər edəcək.

Birxeber.Az ABŞ-nin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Lui Bononun səfəri bu həftə baş tutacaq.

Səfirlikdən o da bildirilib ki, Lui Bono səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, o, bu gün İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.