Rusiya XİN: NATO ölkələri Ukraynanı bölməyə başlayıb

Rusiya XİN: NATO ölkələri Ukraynanı bölməyə başlayıb

Ukraynanın NATO ölkələri tərəfindən bölünməsinə başlanılıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun fransız qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatları ölkənin NATO ölkələri tərəfindən bölünməsinin başlandığını göstərir

"Burada söhbət ondan gedir ki, Ukraynanı öz müttəfiqləri bölməyə başlayıb", deyə Rusiya XİN sözçüsü vurğulayıb.