Patriarx Kirill: Kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəzlənməsi riski altındayıq

Patriarx Kirill: Kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəzlənməsi riski altındayıq

Rusiyada miqrantlara pasportlar paylanılmalıdır.

“Birxeber.Az” Rusiya KİV-lərə istinadən xəbər verir ki, bu barədə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill qarşıdan gələn prezident seçkiləri ilə bağlı pravoslav din xadimlərinə və dindarlara müraciətində qeyd olunub.

O vurğulayıb ki, Rusiya vətəndaşlığını qəbul edən hər kəsə xaç işarəsi verilməli və onlar yeni vətənlərini müdafiə etməlidirlər.

Patriarx Kirill deyib ki, Rusiya çoxəsrlik tarixində ilk dəfə olaraq pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsi ilə üz-üzədir: “Bir vaxtlar Konstantinopoldakı Müqəddəs Sofiyada olduğu kimi, ilk dəfə olaraq, kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəz edilməsi kimi ölümcül risk altındayıq”.

Onun sözlərinə görə, miqrantların assimilyasiyası üçün daha çox səy göstərilməlidir: “Onları inanc və dünyagörüşü baxımından bizə yaxın olmağa məcbur etməliyik. Əks halda, onların mədəniyyəti üstünlük təşkil edə bilər. Nəticədə pravoslav inancı təhlükə altında olacaq və müqəddəs kilsələr yenidən məscidlərə çevriləcək. Nəzarətsiz miqrasiya və tədricən islamlaşma çoxmillətli Rusiya və onun pravoslav “nüvəsi” üçün fəlakətli şərtlərdir”.