Mattias Frumeri: İsveç COP29-u dəstəkləməyə hazırdır

Mattias Frumeri: İsveç COP29-u dəstəkləməyə hazırdır

İsveç həm maliyyə, həm də Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) baxımından həm COP29 çərçivəsində həyata keçirilməli olan məsələlərin icrasına Azərbaycana kömək etməyə, həm də iqlimlə bağlı tədbirləri sürətləndirmək üçün bütün dünyada tərəfdaşlarla birlikdə işləməyə hazırdır.

Bunu “Birxeber.Az”a müsahibəsində İsveçin iqlim məsələləri üzrə səfiri və bu ölkə üzrə COP29-un Baş danışıqçısı Mattias Frumeri deyib.

“Mən Bakıda vətəndaş cəmiyyəti təşkilatları ilə apardığım bütün müzakirələri davam etdirməyi səbirsizliklə gözləyirəm. Çünki bununla onlarla İsveç QHT-ləri arasında əməkdaşlıq əlaqələri yarada bilərik”, - o vurğulayıb.

M.Frumeri bildirib ki, onu Bakıda İsveç iş adamlarına COP görüşlərində iştirak etmək üçün platforma təqdim edən “Business Sweden”dən olan həmkarı müşayiət edib:

“Son bir neçə ildir ki, COP iclaslarında iş adamlarının nəqliyyat, enerji, maliyyə və kənd təsərrüfatı sektorlarında keçidi sürətləndirmək üçün təklif etdikləri həlləri təqdim edən İsveç pavilyonu var”.