Qəzzada ölən fələstinlilərin sayı 31,3 min nəfərə yaxınlaşıb

Qəzzada ölən fələstinlilərin sayı 31,3 min nəfərə yaxınlaşıb

Qəzza zolağında ölən fələstinlilərin sayı 31,3 minə yaxınlaşıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müharibə nəticəsində indiyədək azı 73 024 nəfər yaralanıb: “Son 24 saat ərzində anklavda 88 nəfər ölüb, 135 nəfər xəsarət alıb”.