UEFA: Juninyo "Bayer 04" ilə oyunda şou göstərdi

UEFA: Juninyo "Bayer 04" ilə oyunda şou göstərdi

UEFA Avropa Liqasının "X" hesabı 1/8 final mərhələsində keçirilmiş "Qarabağ" - "Bayer 04" (Almaniya) oyunu ilə bağlı paylaşım edib.

"Birxeber.Az"un məlumatına görə, Avropa futbol qurumu "köhlən atlar"ın hücumçusu Olavio Juninyonu fərqləndirib.

Postda "Juninyo "Bayer 04" ilə oyunda şou göstərdi" yazılıb və braziliyalı forvardın həmin qarşılaşmdakı məhsuldar ötürməsi və qolu paylaşılıb.

Qeyd edək ki, Bakıdakı görüş heç-heçə (2:2) yekunlaşıb. Leverkuzendəki cavab matçı martın 14-də reallaşacaq.