Naftalanda yaşayış binasında yanğın olub

Naftalanda yaşayış binasında yanğın olub

Naftalan şəhərində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 p.m mebel, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası və 1 ədəd kombi aparatı yanıb. Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi 1 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.