Tahir Gözəl: Çindən Avropaya olan, sanksiyaya uğramayan tək yol Orta Dəhlizdir

Tahir Gözəl: Çindən Avropaya olan, sanksiyaya uğramayan tək yol Orta Dəhlizdir

“Azərbaycan bu il dünya üçün çox əhəmiyyətli tədbir olan COP29-a ev sahibliyi edir. Bu, Azərbaycanın dünyada liderlik rolu üçün təşəbbüs etdiyi bir ildir”.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda Orta Dəhlizin Yaşıllaşdırılması mövzusunda keçirilən beynəlxalq tədbirin təşkilatçısı, iş adamı Tahir Gözəl bildirib.

O qeyd edib ki, Azərbaycanın dünya iqtisadiyyatı üçün ən böyük töhfəsi də Orta Dəhliz qlobal nəqliyyat layihəsi ilə bağlıdır: “Çünki Çindən Avropaya olan sanksiyaya uğramayan tək yol Orta Dəhlizdir. Dünən və bu gün iki gün ərzində Özbəkistandan, Azərbaycandan, ADA Universiyeti, Rəqəmsal İnformasiya və Nəqliyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə iki günlük böyük bir tədbir keçirdik. Məqsədimiz bu dəhlizdəki problemləri görmək, onları rəqəmsallaşdırmaqdır. Əsas məqsədimiz ekologiyaya zərərli olmayan, minimum karbon-dioksid olan daha təmiz, yaşıl dəhliz yaratmaqdır”.

T.Gözəl əlavə edib ki, Avropada hər gün qanunlar yenilənir, dəyişir. Gürcüstan Avropa Birliyinə üzv olmaq üzrədir. Bu amil bizə də yaxından təsir edəcək: “İstəyirəm ki, Azərbaycanın sərhədlərarası saziş, hökumətlərarası anlaşma memorondumları Xəzər dənizinin bu günü və sabahı barədə görüşlərdə də ideal və lider rol oynasın. Biz bütün qonşu ölkələrin nünayəndələrini toplayıb konfrasda müzakirə etdik. Uğurlu görüşlər oldu. Bunun davamını Daşkənddə və Şanxayda etməyi düşünürük”.