Mattias Frumeri: Biz COP29-dan yeni iqlim planlarının hazırlanmasına təkan ümid edirik

Mattias Frumeri: Biz COP29-dan yeni iqlim planlarının hazırlanmasına təkan ümid edirik

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkələrə öz iqlim planlarını hazırlamaqla bağlı nə qədər irəlilədiklərini nümayiş etdirmək üçün platforma təmin edəcək.

Bunu "Birxeber.Az"a müsahibəsində İsveçin iqlim məsələləri səfiri və bu ölkə üzrə COP29-un Baş danışıqçısı Mattias Frumeri deyib.

“Biz COP29-da yeni Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrin (NDC) inkişafında təkan görmək istəyirik. Əlbəttə ki, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) COP29-un əsas elementi və nəticəsi olacaq”, - o bildirib.

M.Frumerin sözlərinə görə, bu mənada COP sessiyaları bu günə qədər əldə edilmiş irəliləyişləri göstərmək və qalan maneələri müəyyənləşdirmək üçün bir platforma ola bilər: “Bütün bu müxtəlif təşəbbüslər ilin nailiyyətlərinin nümayiş etdirilməsində və iqlimlə bağlı fəaliyyətin bütün dünyada sürətləndirilməsini təmin etmək üçün necə daha çox çalışa biləcəyimizin göstərilməsində mühüm rol oynamalıdır”.