BP bu il azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri ilə bağlı layihə həyata keçirəcək

BP bu il azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri ilə bağlı layihə həyata keçirəcək

BP şirkəti bu il azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri ilə bağlı layihə həyata keçirəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbulunda bildirilib.

Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunulub.