DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb ​​​​​​​

DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb  ​​​​​​​

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

“Report”un məlumatına görə, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda Yaponiyanı da penaltilər seriyası ilə üstələyib.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

21:35

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başa çatıb.

“Report”un məlumatına görə, burada da hesab (1:1) dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

21:30

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

“Report”un məlumatına görə, 117-ci dəqiqədə fərqlənən Bruno Petkoviç Avropa təmsilçisinin heyətində fərqlənərək, hesabı bərabərləşdirib.

21:14

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

“Report”un məlumatına görə, 105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

20:56

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başlayıb.

“Report”un məlumatına görə, hələlik oyunda hesab açılmayıb - 0:0.

20:52

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.

“Report”un məlumatına görə, buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.

Qolsuz bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

20:02

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci hissə başlayıb.

“Report”un məlumatına görə, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

19:46

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

“Report”un məlumatına görə, komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.

19:06

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

“Report”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:40

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Messi dünya çempionatları tarixində yeni nailiyyətə imza atıb

Messi dünya çempionatları tarixində yeni nailiyyətə imza atıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Bir mundialda ən çox qol vurmuş futbolçular

Bir mundialda ən çox qol vurmuş futbolçular

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Seneqal Ekvadorla matçda fasiləyə öndə yollanıb

DÇ-2022: Seneqal Ekvadorla matçda fasiləyə öndə yollanıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Portuqaliya və İsveçrə start heyətləri açıqlayıb, Ronaldu ehtiyatda qalıb

DÇ-2022: Portuqaliya və İsveçrə start heyətləri açıqlayıb, Ronaldu ehtiyatda qalıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib

DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Portuqaliya millisi Uruqvayla oyunda 2-ci qolu vurub

DÇ-2022: Portuqaliya millisi Uruqvayla oyunda 2-ci qolu vurub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanı ilə matçda fasiləyə öndə yollanıb

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanı ilə matçda fasiləyə öndə yollanıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Lui Van Qal mundiallarda yeganə məğlubiyyətini Argentinadan alıb

Lui Van Qal mundiallarda yeganə məğlubiyyətini Argentinadan alıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Xorvatiya millisinin böyük turnirlərdə son 8 pley-off oyunundan 7-si əlavə vaxta gedib

Xorvatiya millisinin böyük turnirlərdə son 8 pley-off oyunundan 7-si əlavə vaxta gedib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Səudiyyə Ərəbistanı və Meksika yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Səudiyyə Ərəbistanı və Meksika yığmalarının start heyətləri açıqlanıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Tunis - Fransa oyununda ilk hissə qolsuz başa çatıb

DÇ-2022: Tunis - Fransa oyununda ilk hissə qolsuz başa çatıb