DÇ-2022: Xorvatiya - Braziliya oyununda əlavə vaxt başlayıb
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başlayıb.
“Birxeber.Az”un məlumatına görə, hələlik oyunda hesab açılmayıb - 0:0.
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.
“Birxeber.Az”un məlumatına görə, buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.
Qolsuz bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci hissə başlayıb.
“Birxeber.Az”un məlumatına görə, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.
“Birxeber.Az”un məlumatına görə, komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.
“Birxeber.Az”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub.
"Birxeber.Az"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç
Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.