Yerusəlimdə bıçaqlı hücum nəticəsində 2 nəfər yaralanıb

Yerusəlimdə bıçaqlı hücum nəticəsində 2 nəfər yaralanıb

Yerusəlimdə bıçaqlı hücum nəticəsində 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “İ24” xəbər portalı İsrail polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə şəhərin girişində yerləşdirilən blokpostda baş verib. Yaralanan 25 yaşlı kişi və 19 yaşlı qadın cinsli şəxslər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün ciddi təhlükə yoxdur.

Hücumu edənin hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində zərərsizləşdirildiyi qeyd olunub.