DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov bir müddət əvvəl təqaüdə göndərilib.