Azərbaycan çempionatında lider ən yaxın izləyicisini qəbul edəcək

Azərbaycan çempionatında lider ən yaxın izləyicisini qəbul edəcək

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XIV turun oyunlarının vaxtı bəlli olub.

Azərbaycan Həndbol Federasiyasından “Birxeber.Az”a verilən məlumata görə, iki matç baş tutacaq.

İlk olaraq martın 14-də çempionluğa iddia edən “Azəryol” autsayderlər zonasında qərarlaşan “Dinamo”nu sınağa çəkəcək. Qarşılaşma “AHF Arena”da təşkil olunacaq.

Martın 17-də isə liderlər üz-üzə gələcəklər. 19 xalla turnir cədvəlinə başçılıq edən “Kür” ən yaxın izləyicisi olan və ondan cəmi 1 xal az toplayan “Bakı”nı qəbul edəcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq qarşılaşmada paytaxt təmsilçisi qalib gələrsə, liderliyi ələ keçirəcək. Görüş federasiyanın rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan çempionatı
XIV tur

14 mart
19:00. “Azəryol” – “Dinamo”

17 mart
14:00. “Kür” – “Bakı”