Azərbaycanda ÜDM istehsalı 5 % artıb

Azərbaycanda ÜDM istehsalı 5 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 % çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə “Birxeber.Az”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 % artıb.

ÜDM istehsalının 39,9 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,5 %-i tikinti, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 19,8 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 %-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 824,1 manata bərabər olub.