Ukraynada növbəti dəfə səfərbərlik olacaq

Ukraynada növbəti dəfə səfərbərlik olacaq

Ukraynada növbəti dəfə səfərbərlik olacaq.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbə bildirib.

Lakin səfərbərliyə nə qədər şəxsin cəlb olunacağı açıqlanmayıb.

Qeyd olunub ki, ordu sıralarına çağırılanlardan 330 min nəfər hazırda döyüşlərdə iştirak edən hərbçiləri əvəzləyəcək.

Mənbənin məlumatına görə, qalan çağırışçılar itkiləri kompensasiya edəcək və təmas xəttindəki vəziyyətdən asılı olaraq digər hərbi ehtiyacları ödəyəcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.