"Qarabağ"ın Avropa Liqasındakı rəqibi alman futbolçulara ən az güvənən komandadır

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi alman futbolçulara ən az güvənən komandadır

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer 04" alman futbolçulara ən az güvənən komandadır.

"Report"un "Sport Bild"ə istinadən məlumatına görə, 2023/2024 mövsümündə Leverkuzen təmsilçisi bu göstərici ilə Bundesliqada 18 komanda arasında sonuncudur.

"Bayer 04"ün heyətində yer alan 24 oyunçudan cəmi 5-i almandır. Klub bu mövsüm milli komandanın oyunçuları Florian Virtz, Conatan Ta, Robert Andrix, Yonas Hofmann və Nadim Amiriyə şans verib.

N.Amiri bu qış "Maynts 05" klubuna transfer olunub.

Qeyd edək ki, "Bayer 04 - "Qarabağ" matçı martın 14-də Leverkuzen şəhərində yerləşən "BayArena"da keçiriləcək.