PSJ braziliyalı futbolçunu transfer edib

PSJ braziliyalı futbolçunu transfer edib

Fransanın PSJ klubu braziliyalı futbolçu transfer edib.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Braziliya təmsilçisi "Korintians"dan Qabriel Moskardonu heyətinə qatıb.

18 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Moskardo 6 ay icarə əsasında "Korintians"da çıxış edəcək və yeni mövsümün əvvəlində PSJ-yə qoşulacaq.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyunda iştirak edib.