Dövlət Vergi Xidməti vəzifəli şəxslərinin sayını açıqlayıb

Dövlət Vergi Xidməti vəzifəli şəxslərinin sayını açıqlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir.

"Birxeber.Az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

"Bakı şəhərində mərkəzi aparatdan başqa, 7 idarəmiz var. Regionlarda isə 14 struktur bölmə fəaliyyət göstərir ki, bunun da 2-si işğaldan azad edilmiş ərazilərdədir", - deyə o qeyd edib.