Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirmək mümkün olacaq

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirmək mümkün olacaq

Azərbaycan hökuməti geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə qadağanı götürməyə hazırlaşır.

“Birxeber.Az” xəbər verir ki, bu, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənəd “Kosmik fəaliyyət haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb.