Çində restoranda partlayış baş verib, 1 nəfər ölüb, 22 nəfər yaralanıb - VİDEO

Çində restoranda partlayış baş verib, 1 nəfər ölüb, 22 nəfər yaralanıb - VİDEO

Çində restoranda partlayış baş verib, 1 nəfər ölüb, 22 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Xinhua News Agency” xəbər agentliyi məlumat yayıb.

Partlayış ölkənin şimalındakı Hebey əyalətinin Sanhe şəhərində baş verib. Hadisə yerinə şəhərin fövqəladə hallar idarəsi bürosunun əməkdaşları cəlb olunub. İlkin ehtimala əsasən, hadisəyə qaz sızması səbəb olub.