Minifutbol çempionatı: autsayder yenə məğlub olub

Minifutbol çempionatı: autsayder yenə məğlub olub

Minifutbol üzrə Azərbaycan çempionatında XIV tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Hesabında xal olmayan autsayder “Siyəzən” növbəti məğlubiyyətini “Odlar Yurdu”dan alıb.

Mərkəzi oyunda turnir cədvəlinin müvafiq olaraq 2-3-cü pillələrində qərarlaşan “Birbaşa Bakı” ilə “Galaxy Baku” bu gün qarşılaşacaqlar. Hələ də büdrəməyən lider “Zirə” isə autsayderlər zonasında yer alan “Dinamo Gəncə”ni sınağa çəkəcək.

Azərbaycan çempionatı

XIV tur

“Siyəzən” – “Odlar Yurdu” 3:6

“Baku Fire” – “Atəşgah Suraxanı” 5:5

“Dirçəliş” – “İnter” 3:6

“Aznur” – “Sumqayıt” 4:5

Qeyd edək ki, “Dinamo Gəncə” – “Zirə”, “Birbaşa Bakı” – “Galaxy Baku”, “Veteran” – “Real Bakı” və “Abşeron” – “Turan” görüşləri bu gün keçiriləcək.