DYP-dən küçəyə zibil atanlara müraciət: "Bu hərəkətə yol verənlər az deyil"

DYP-dən küçəyə zibil atanlara müraciət: "Bu hərəkətə yol verənlər az deyil"

Demək olar ki, hər il Bakı şəhər Dövlət Yol Polisi İdarəsi olaraq hərəkət iştirakçılarının avtomobil yollarına, küçələrə məişət tullantıları atmasına dair müraciətlər ünvanlayırıq, lakin vəziyyətin ürək açan olmadığını, əksinə vəziyyətin daha da pisləşdiyinin şahidi oluruq. Təəssüf ki, küçələrdə rastlaşdığımız həmin xoşagəlməz mənzərə fərd olaraq tək bir insanı yox, düşünən hər bir kəsi narahat edir.

Paytaxtın əsas küçə və prospektlərinə, eləcə də yol kənarlarına atılan zibillər həm şəhərin görünüşünü pozur, həm antisanitar vəziyyət yaradır, həm də aidiyyəti üzrə Mənzil Kommunal Təsərrüfatı Departamentinin əməkdaşlarının işini birə-beş artırır. Xüsusən də bu soyuq və küləkli havalarda düşünün ki, onlar hansı əziyyəti çəkir?!

Müasir dövrdə digər ölkələrdə olduğu kimi, bizim ölkədə də zibil qutuları məişət tullantılarının növlərinə müvafiq olaraq çeşidlənir, lakin təəssüf ki, bəzi insanlar bu qaydalara riayət etmədiyi üçün küçələrin əvəzinə zibil konteynerləri təmiz qalır…

Nəqliyyat vasitələri hərəkətdə olarkən sürücü və ya sərnişinlərin avtomobillərdən yola məişət tullantıları (su şüşələri, müxtəlif növ qablaşdırılmış qida qalıqları və s.) atması ilə bağlı qanunda müvafiq cərimələr nəzərdə tutulub.

Məsələ ilə bağlı "Report"a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bu faktlarla bağlı qanunvericiliyin normaları çərçivəsində tərəfimizdən mübarizə aparılır.

Araz Əsgərli
Araz Əsgərli

O deyib ki, aidiyyəti üzrə İdarə tərəfindən bu kimi hallara yol verən hərəkət iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) ilə həmin şəxslərə 40 manat məbləğində cərimə tətbiq edilir:

"Lakin təəssüf ki, cərimələrə baxmayaraq, bu gün də bənzər hərəkətə yol verənlər az deyil. Çünki bu cür məsələlər cərimə ilə yox, mədəni düşüncə tərzi ilə həll olunur. İstər polis kimi, istərsə də vətəndaş kimi bu məsələ bizi ciddi narahat edir. Hesab edirik ki narahatlığımıza münasibət isə hələ də adekvat deyil".

"Bu əməli edənlərdən xahiş edirik ki, bir gün küçələrdən məişət tullantılarının təmizlənməsi ilə məşğul olan işçilərdən birinin yanında dayanıb, onun əziyyətini müşahidə edib, öz məsuliyyətsizliklərinə qiymət versinlər. Bu insanlar bizə hər gün yol kənarlarından məişət tullantıları toplamaqdan yorulduqlarını bildirirlər. Avtomobillərdən küçəyə zibil atanda nə olur ki? Bu hərəkətə yol verən insanlar nə düşünürlər? Çalışmalıyıq ki, cəmiyyət olaraq həm qaydalara riayət edək, həm də insan kimi mənəvi keyfiyyətlərimizi qorumaqla cəmiyyətdə bir-birimizin üzərinə düşən məsuliyyəti daha da ağırlaşdırmayaq. Artıq 2022-ci il bitmək üzərədir. Arzu edək və bu pis vərdişi dəyişməyə çalışaq və gələn il bu mövzuda danışmağa və ya hər hansısa bir müraciətə əsas qalmasın", - DYP rəsmisi vurğulayıb.

HADİSƏ HADİSƏ
Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb

Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb

HADİSƏ HADİSƏ
Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Bakıda 71 yaşlı kişini avtomobil vurub

Bakıda 71 yaşlı kişini avtomobil vurub

HADİSƏ HADİSƏ
Bakıda avtomobil yeniyetmə qıza xəsarət yetirib

Bakıda avtomobil yeniyetmə qıza xəsarət yetirib

HADİSƏ HADİSƏ
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

HADİSƏ HADİSƏ
Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb

HADİSƏ HADİSƏ
Şəmkirdə təcili tibbi yardım maşını aşıb, sürücü xəsarət alıb

Şəmkirdə təcili tibbi yardım maşını aşıb, sürücü xəsarət alıb

HADİSƏ HADİSƏ
ANAMA sədri: "BMT agentliklərinin mina probleminə diqqəti böyükdür"

ANAMA sədri: "BMT agentliklərinin mina probleminə diqqəti böyükdür"

HADİSƏ HADİSƏ
Bakıda avtomobil 39 yaşlı kişini vurub

Bakıda avtomobil 39 yaşlı kişini vurub

HADİSƏ HADİSƏ
Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib

Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib

HADİSƏ HADİSƏ
Abşeronda 10 yaşlı uşağı avtomobil vurub

Abşeronda 10 yaşlı uşağı avtomobil vurub

HADİSƏ HADİSƏ
Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb

Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb