Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Birxeber.Az-ya bildirilib ki, tədbirlərlə rayon sakinləri – Mirzəyev Balakişi və Əsgərov Ülvi saxlanılıblar.

B.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqrama yaxın marixuana, Ü.Əsgərovdan isə psixotrop maddə metamfetamin aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.