Heydər Əliyev Mərkəzində “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının təqdimatı olub

Heydər Əliyev Mərkəzində “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının təqdimatı olub

Heydər Əliyev Mərkəzində “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının təqdimatı olub.

“Report” xəbər verir ki, kitabın təqdimatı Azərbaycanda keçirilən Özbəkistanın Elm və Mədəniyyət Günləri çərçivəsində olub.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda keçirilən Özbəkistanın Elm və Mədəniyyət Günləri ilə iki ölkə liderləri tərəfindən müəyyən edilmiş intensiv inkişaf ili açılır:

“Təkcə mədəni-humanitar sahədə deyil, siyasi, ticari-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində də intensiv inkişaf gözlənilir. Biz Azərbaycanda və Özbəkistanda tədbirlər keçirməyi planlaşdırırıq”.

Onun sözlərinə görə, əvvəllər “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının 60 cildi nəşr edilib, Azərbaycanda Özbəkistanın mədəni irsinə həsr olunmuş daha bir cild nəşr ediləcək: “Bu, Azərbaycan və Özbəkistan tədqiqatçılarının son 5-6 ildə gördüyü əziyyətli işin nəticəsidir”.

Mədəni tədbir Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın, “Yalla” qrupunun və özbəkistanlı digər müğənnilərin ifasında bu ölkənin milli musiqisini və mədəniyyətini əks etdirən konsert proqramı ilə davam edib.