Putin: Təmas xəttində təşəbbüs tamamilə Rusiya tərəfinə keçib

Putin: Təmas xəttində təşəbbüs tamamilə Rusiya tərəfinə keçib

"Təmas xəttində təşəbbüs tamamilə Rusiya ordusuna keçib, hamı bunu qəbul edir".

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və RİA Novosti üçün müsahibəsində deyib.

O, Ukraynanın Rusiya regionlarına hücumlarının Rusiyada keçiriləcək prerzident seçkiləri pozmaq, ən azından ona əngəl törətmək məqsədi daşıdığını deyib.

Putinin fikrincə, digər məqsəd mümkün danışıqlar prosesində hansısa üstünlük əldə etməkdir: “Biz bunu sizə qaytaracağıq, siz isə bunu bizə qaytarın kimi”.