ABŞ ordusu husilərin PUA-larının zərərsizləşdirildiyini bildirib

ABŞ ordusu husilərin PUA-larının zərərsizləşdirildiyini bildirib

ABŞ ordusu "Ənsar Allah" hərəkatının husi üsyançıları tərəfindən Yəmən ərazisindən atılan iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

“Birxeber.Az”un xəbərinə görə, bu barədə ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və koalisiya gəmisi husilərin nəzarətində olan Yəmən ərazisindən atılan iki PUA-ya uğurla hücum edib və məhv edib", - komandanlığın “X”dəki paylaşımında qeyd edilir.

Bildirilir ki, husilər ABŞ-ın Qırmızı dənizdəki “Laboon” gəmisinə doğru ballistik raket buraxıblar. Hər hansı zərər və xəsarətlər barədə məlumat verilmir.

Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra "Ənsar Allah" hərəkatı xəbərdarlıq edib ki, İsrail ərazisinə zərbələr endirəcək, Fələstin anklavında əməliyyat dayandırılana qədər onunla bağlı gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazının sularından keçməsinə icazə verməyəcək. Ötən ilin noyabr ayının ortalarından etibarən husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

"Ənsa Allah"ın hərəkətlərinə cavab olaraq ABŞ hakimiyyəti beynəlxalq koalisiyanın qurulduğunu və Qırmızı dənizdə naviqasiya azadlığını, gəmilərin qorunmasını təmin etmək üçün “Prosperity Guardian” əməliyyatının hazırlandığını açıqlayıb.