Polis Almaniyanın cənub-qərbindəki məktəbdə əməliyyat keçirib

Polis Almaniyanın cənub-qərbindəki məktəbdə əməliyyat keçirib

Almaniyanın cənub-qərbindəki Sankt-Leon-Rot (Baden-Vürtemberq federal torpağında) icmasında yerləşən gimnaziyada məişət münaqişəsi polis əməliyyatına səbəb olub.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Manheym polis idarəsinin məlumatında deyilir.

Bundan əvvəl bildirilmişdi ki, məktəb binasına 20-yə qədər polis maşını, xilasedicilər və psixoloqlar gəlib, helikopter cəlb olunub.

“Yerli saat 10:20-də məktəbə hücum olub, nəticədə bir məktəbli ölüb. Hazırda araşdırmalara görə, hadisə məişət zəminində baş verib, şübhəli şəxs şagirdlərdən biridir”, - məlumatda qeyd olunub.

Həmin şəxs hadisə yerindən qaçsa da, sonra saxlanılıb. 18 yaşlı şagirdi ölümündə onun həmyaşıdı şübhəli bilinir.