Almaniya kuboku tarixində ilk dəfə Bundesliqadan yalnız bir klub yarımfinala yüksəlib

Almaniya kuboku tarixində ilk dəfə Bundesliqadan yalnız bir klub yarımfinala yüksəlib

“Bayer” (Leverkuzen) Bundesliqadan Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub.

“Birxeber.Az” bu barədə “Opta Sport”a istinadən xəbər verir.

Məlumata görə, bu, turnir tarixində ilk dəfədir, baş verir. Bundesliqanın lideri "Bayer"dən başqa, ikinci Bundesliqanın iki klubu – “Kayzerslautern” və “Fortuna Düsseldorf”, həmçinin üçüncü Bundesliqadan "Bavariya", "Ayntraxt" və “Borussiya”nı mübarizədən kənarlaşdıran "Saarbrüken" yarımfinala yüksəlib.

Qeyd edək ki, Almaniya kubokunun yarımfinal mərhələsində “Kayzerslautern” evdə “Saarbrüken”lə, “Bayer Leverkuzen” isə evdə “Fortuna Düsseldorf”la qarşılaşacaq. Qarşılaşmalar aprelin 2-si və 3-nə təyin edilib.