Rusiyanın Belqorod vilayətində atışma zamanı 10 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətində atışma zamanı 10 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətində atışma olub.

APA xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.

Yaralanan mülki vətəndaşların sayı 10-a yüksəlib.

"10 mülki şəxs xəsarət alıb. Onlardan 6-sı xəstəxanadadır. Onlara bütün lazımi tibbi yardım göstərilir", - o yazıb.