Türkiyənin DİN başçısı: Ötən il terror qruplaşmasına üzvlük 40 ildə ən aşağı səviyyəyə enib

Türkiyənin DİN başçısı: Ötən il terror qruplaşmasına üzvlük 40 ildə ən aşağı səviyyəyə enib

2023-cü ildə Türkiyədə terror təşkilatına üzvlük 40 ildə ən aşağı səviyyəyə enib. Belə ki, ötən il 56 nəfər terror qruplaşmasına üzv olub.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Hakkari vilayətinin Yüksekova rayonunda “TRT Haber” telekanalının suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, 2016-cı ildən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri pilotsuz uçuş təyyarələri ilə təchiz olunub. Ölkə polisinin güclü hava qüvvələri var.

“Ötən il kəndlərdə 18 min 451, şəhərlərdə 3 min 468 şəhərdə əməliyyat keçirdik. 2023-cü ildə ümumilikdə 21 min 919 əməliyyatı keçirdik, 815 terrorçu zərərsizləşdirildi”, - nazir qeyd edib.

DİN başçısı vurğulayıb ki, 2016-cı ildə ölkədə 2 322 terror aktı törədildiyi halda, 2023-cü ildə bu rəqəm 88-ə düşüb.

“Biz qətiyyətliyik. Bütün dağlarımızda, dərələrimizdə qəhrəman xüsusi təyinatlı dəstələrimiz, jandarmlarımız, kənd mühafizəçilərimiz var”, - A.Yerlikaya vurğulayıb.